Azərbaycan
Siyahıya qayıt

"VIČI" məhsulları Bravo-da

"VIČI" – müstəsna keyfiyyəti, əla dadı, bəsləyici xüsusiyyətləri və sadə hazırlanması sayəsində istehlakçılar tərəfindən yüksək qiymətləndirilən balıq, surimi, qızılbalıq, siyənək, pelmen, pizza və digər dəniz məhsullarının əmtəə nişanıdır. 
30 il əvvəl yaranmış "VIČI" brendi indi Avropada ən məşhur Litva brendlərindəndir. "VIČI" məhsullarını Kaunas, Litvada fəaliyyətə başlamış "Vičiūnai Group" holdinqi istehsal edir. "Vičiūnai Group" dünya surimi bazarında lider mövqedədir və Avropada balıqdan məhsullar və dəniz məhsullarının istehsalçıları arasında ön sıralardadır. 
Bütün satılan məhsulların təxminən 91%-ni beş regiona ixrac təşkil edir: Baltika ölkələri, Qərbi və Mərkəzi Avropa, Skandinaviya, həmçinin Şərqi Avropa və Asiya. "Vičiūnai Group" holdinqin fabriklərində yaradılan məhsullar Lidl, Aldi, Sainsbury, Carrefour, Casino və Wallmart kimi dünyaca məşhur ticarət şəbəkələrinin rəflərinə göndərilir. Azərbaycanda isə bu məhsulları Bravo Supermarketlərin rəflərində tapa bilərsiniz. 
"Vičiūnai Group" -un davamlı inkişafının rəhni məhsulun təchizat zəncirinə A-dan Z-dək nəzarətin həyata keçirilməsidir. Bu, həm Litvada, həm də xaricdə məhsulun yüksək keyfiyyətini təmin etməyə imkan verir. "Vičiūnai Group" -un Litva, İspaniya və Estoniyadakı müasir fabrikləri duza qoyulmuş, hisə verilmiş, dondurulmuş və unlanmış balıq, surimi məhsulları, dəniz nemətləri, un məmulatları istehsal edir.
"Vičiūnai Group" dünya biznesinin əhəmiyyətli hissəsi olmaqla, işçiləri, müştəriləri, tərəfdaşları, ətraf mühit və cəmiyyət qarşısında məsuliyyətini gözəl dərk edir. Məhz buna görə holdinq çox illər ərzində ərzaq məhsullarının təhlükəsizliyi mədəniyyətini, dayanıqlı biznes prinsiplərini fəal surətdə dəstəkləyir və canlı dəniz ehtiyatlarının və onlardan səmərəli istifadənin uzun müddətdə qorunub saxlanması perspektivinə öz töhfəsini verir. Buna sübut – həmin biznes növündə keyfiyyətin zəmanəti olan sertifikatlardır: ISO, BRC, IFS Food, IFS Logistics, MSC, FSSC 22000, ASC, Global Gap.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Bravo Super-5 lotereyası 3-cü mövsümlə geri döndü!

Sevərək izlədiyiniz və hər mövsüm minlərlə Bravo Club üzvünün iştirak etdiyi “Bravo Super 5” lotereyasının 3-cü mövsümü başladı! Bu dəfə...

BRAVO yerli bazarda modern marketçilik ənənəsini gücləndirir və BRAVO BRAND məhsulları ilə "Doğru Seçim" ənənəsini davam etdirir.

Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, öz daxili məhsul xətti   BRAVO BRAND ilə istehlakçılara yüksək keyfiyyətli...

Birbank-la Bravo-da QR ödəniş et və 3% keşbek qazan!

İyunda bazarlıq tam başqadır 
Çünki bu ay yepyeni kateqoriyamız var. Özü də 3% keşbek və ya Umico bonusu qazandırır. Bunun...