Azərbaycan
Siyahıya qayıt

BRAVO yerli bazarda modern marketçilik ənənəsini gücləndirir və BRAVO BRAND məhsulları ilə "Doğru Seçim" ənənəsini davam etdirir.

Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, öz daxili məhsul xətti   BRAVO BRAND ilə istehlakçılara yüksək keyfiyyətli və sərfəli məhsullar təqdim etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir. Şirkət müştəri məmnuniyyətini, keyfiyyətə olan kompromissiz yanaşmanı və əlçatan qiymət siyasətini fəaliyyətinin əsas prioritetləri kimi müəyyən edib.

BRAVO BRAND məhsulları alıcılara gündəlik ehtiyaclarını qarşılayan, beynəlxalq standartlara uyğun və əlçatan qiymətlərlə təqdim olunan geniş çeşidli məhsullar təklif edir

Məhsul çeşidləri qida məhsulları, təmizlik vasitələri və gündəlik istifadə üçün nəzərdə tutulmuş digər məhsul qruplarını əhatə edir. Məqsəd təkcə alıcıların büdcəsini qorumaq deyil, eyni zamanda onların yüksək keyfiyyət gözləntilərinə tam cavab verməkdir.

"Biz müştəri məmnuniyyətini sadəcə bir marketinq şüarı kimi deyil, fəaliyyətimizin hər mərhələsində rəhbər tutulan əsas prinsip kimi qəbul edirik. BRAVO BRAND məhsulları keyfiyyət və əlçatanlığın ideal vəhdətidir," — deyə BRAVO rəhbərliyi bildirib.

BRAVO şirkətinin tətbiq etdiyi ciddi nəzarət və keyfiyyət standartları nəticəsində, BRAVO BRAND məhsulları qida təhlükəsizliyi, gigiyena və digər vacib göstəricilərə tam uyğun şəkildə hazırlanır. Şirkət eyni zamanda istehlakçı rəylərinə xüsusi önəm verərək, məhsul çeşidini daim genişləndirir və təkmilləşdirir.

BRAVO, 2016-cı ildən etibarən Azərbaycanın pərakəndə satış sektorunda ilk hipermarket təcrübəsini təqdim etməklə, ölkəyə modern marketçilik ənənəsini gətirib. 4 format ( Hiper, Super, Market və Ekpress)  zəngin məhsul çeşidi, münasib qiymətlər və güclü müştəri yönümlü strategiya BRAVO-nu minlərlə insanın gündəlik etibarlı alış-veriş ünvanına çevirib.

Şirkət fəaliyyət göstərdiyi bütün regionlarda BRAVO BRAND məhsullarının əlçatanlığını artıraraq, yerli istehlakçıların ehtiyac və gözləntilərinə uyğun seçim imkanı yaradır.

BRAVO - Doğru Seçim!

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Bravo Super-5 lotereyası 3-cü mövsümlə geri döndü!

Sevərək izlədiyiniz və hər mövsüm minlərlə Bravo Club üzvünün iştirak etdiyi “Bravo Super 5” lotereyasının 3-cü mövsümü başladı! Bu dəfə...

BRAVO yerli bazarda modern marketçilik ənənəsini gücləndirir və BRAVO BRAND məhsulları ilə "Doğru Seçim" ənənəsini davam etdirir.

Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, öz daxili məhsul xətti   BRAVO BRAND ilə istehlakçılara yüksək keyfiyyətli...

Birbank-la Bravo-da QR ödəniş et və 3% keşbek qazan!

İyunda bazarlıq tam başqadır 
Çünki bu ay yepyeni kateqoriyamız var. Özü də 3% keşbek və ya Umico bonusu qazandırır. Bunun...