
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ilin ən çox vergi ödəyən şirkətlərinin siyahısını açıqlayıb. Pərakəndə satış sektorunun aparıcı şəbəkələrindən biri olan "Azərbaycan Supermarket" MMC dövlət qarşısında vergi öhdəliklərini tam və vaxtında yerinə yetirən nümunəvi şirkətlər sırasında yer alıb.
2024-cü ildə şirkət dövlət büdcəsinə 20.8 milyon manat həcmində vergi ödəyərək ölkənin iqtisadi inkişafına və sosial layihələrin maliyyələşdirilməsinə mühüm töhfə verib. "Azərbaycan Supermarket" MMC şəffaflıq, məsuliyyət və qanunvericiliyə riayət prinsiplərinə sadiq qalmaqla, sosial məsuliyyəti öz fəaliyyətinin ayrılmaz hissəsi kimi görür və cəmiyyətə dəyər qatmaqda davam edir.
Digər fəaliyyətlər ilə tanış olun!
Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, öz daxili məhsul xətti BRAVO BRAND ilə istehlakçılara yüksək keyfiyyətli...
İyunda bazarlıq tam başqadır
Çünki bu ay yepyeni kateqoriyamız var. Özü də 3% keşbek və ya Umico bonusu qazandırır. Bunun...