Azərbaycan
Siyahıya qayıt

Bravo-da “Talassemiyasız Həyat Naminə” qanvermə aksiyası

19 fevral tarixində Heydər Əliyev Fondunun “Talassemiyasız Həyat Naminə” proqramı çərçivəsində BRAVO baş ofisində qanvermə aksiyası uğurla keçirilib.
Aksiya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq məqsədilə təşkil olunub və cəmiyyətin diqqətini qanvermə hədiyyəsinin vacibliyinə çəkməyi hədəfləyib.
Qeyd edək ki, aksiyada iştirak edən hər bir BRAVO əməkdaşı Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim-hemotoloqları tərəfindən müayinə edilib, daha sonra qan veriblər.
BRAVO marketlər şəbəkəsi aksiyanın davamlılığını təmin etmək və cəmiyyətin daha geniş kəsimini bu cür xeyriyyə işlərinə cəlb etmək məqsədilə gələcəkdə daha çox qanvermə aksiyası təşkil etməyi nəzərdə tutur.
Qanvermə, insanların həyatını xilas edən və xəstəliklərlə mübarizə aparmağa kömək edən çox vacib bir addımdı.
BRAVO marketlər şəbəkəsi bu cür təşəbbüsləri ilə cəmiyyətin sağlamlığını qorumağa və sosial məsuliyyətlərini yerinə yetirməyə davam edəcək.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Dünya Autizm Məlumatlandırma günündə mavi işıq yandırdıq!

Fərqli və bizdən biri! 2 Aprel Dünya Autizm Məlumatlandırma günü üçün biz də mavi işıq yandırdıq! 

Dünyanın bir çox ölkələrində əsas...

“Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Ramazan sovqatları çatdırıldı

“PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Ramazan Bayramı münasibəti ilə bayram sovqatları çatdırır.

BRAVO-dan planetimizin gələcəyi üçün işıq!

BRAVO marketlər şəbəkəsi  22 mart tarixində dünyada milyonlarla insanın qoşulduğu ən böyük ekoloji kampaniyalardan biri olan "Yer Saatı" aksiyasına qoşuldu....