Azərbaycan

Haqqımızda

Bizi daha yaxından tanıyın!

Hədəf

Hədəfimiz yerli pərakəndə satış bazarında əməkdaşların həvəslə xidmət etdiyi və müştərilərin sevərək alış-veriş etdiyi etibarlı brend olmaqdır.

Missiya

Missiyamız müştərilərimizə keyfiyyətlə, sərfəli qiymətlərlə və bol çeşidli məhsul seçimi ilə xidmət göstərərək onlara unikal alış-veriş təcrübəsi təqdim etməkdir.

Rəhbərlik

Baş İcraçı Direktor

Jaime Teixeira

Jaime Teixeira

Baş İcraçı Direktor

Rəhbərlik

Vüqar Haciyev

Vüqar Haciyev

Baş Maliyyə Direktoru

Zaur Qarayev

Zaur Qarayev

Baş Kommersiya Direktoru

Anar Mustafayev

Anar Mustafayev

İnsan Resursları üzrə Baş Direktor

Wojciech Benn

Wojciech Benn

Əmlak Məsələləri üzrə Baş Direktor

Aynurə Seyidova

Aynurə Seyidova

Marketinq üzrə Direktor

Ewan McMahon

Ewan McMahon

Əməliyyatlar üzrə Direktor

Denis Smirnov

Denis Smirnov

Əməliyyatlar üzrə Direktor

Lucian Spataru

Lucian Spataru

Əməliyyatlar üzrə Direktor

Səbuhi Abdurəhmanov

Səbuhi Abdurəhmanov

Logistika və Distribusiya Mərkəzini üzrə Direktor

Eldar Musayev

Eldar Musayev

İnformasiya Texnologiyaları üzrə Direktor

Şəhriyar Həsənverdiyev

Şəhriyar Həsənverdiyev

Daxili Audit üzrə Direktor

Andrey Ostafiçuk

Andrey Ostafiçuk

Məlumat emalı və Analitika üzrə Direktor

Faiq İbrahimov

Faiq İbrahimov

Təzə qida şöbəsinin Direktoru

Əziz Abbasov

Əziz Abbasov

Quru qida şöbəsinin Direktoru

Cavid Namazov

Cavid Namazov

Qiymət və Promo üzrə Direktor

Mirsübhan Mirzə

Mirsübhan Mirzə

İR İdarəçiliyi, Təşkilati mükafatlandırma və Sistemlər üzrə Direktor

Qaraxan Şirinli

Qaraxan Şirinli

Risk, Hüquq, Biznes proseslər və Daxili nəzarət üzrə Direktor

Orxan Bəşirov

Orxan Bəşirov

Mühasibat, Büdcə, Hesabatlıq və Biznes performans nəzarəti üzrə Direktor

Rəşad İmanov

Rəşad İmanov

Nəzarət və araşdırma üzrə Direktor

Biz Bravo-yuq!

Bizim məramımız nədir və biz necə davranırıq

Keyfiyyət standartlarımız

Komfortlu alış-veriş üçün hər şərait

  • İnnovativ mağaza dizaynı
  • Sıralar arasında genişlik
  • Problemsiz alış-veriş üçün müasir və geniş kassalar

Mağaza standartlarında mükəmməllik

  • Ən yüksək keyfiyyət və təravətə malik məhsulların təsirli görünüşləri
  • Müştərilər üçün rahat sərgilənmiş daim yenilənən zəngin çeşid
  • Qida təhlükəsizliyinə və gigiyenaya zəmanət
  • Aydın promo və qiymət siyasəti

Qüsursuz xidmət

  • Mükəmməl xidmət üçün təlimli və təcrübəli işçi heyəti
  • Həmişə canla-başla xidmət

Korporativ dəyərlərimiz

Dürüstlük

Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir. Ən bəsit səviyyədə bu, fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük hətta çətinliklərlə üz-üzə qaldıqda belə şirkətin davranış qaydalarına sadiq qalmaq deməkdir. Bu, heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək deməkdir. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.

Gəlirlilik

Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan hər bir manatla yanaşı qənaət edilən hər bir manat dəyər gətirir. Eyni zamanda, qısamüddətli biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq. Bu isə öz növbəsində hədəf verdiyimiz hər bir strateji qərara stimul verir.

Sahibkarlıq ruhu

Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa – digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.

Keyfiyyət

Ətrafdakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik – optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.

Əməkdaşlıq

Biz departamentlər, biznes bölmələri və ölkələr boyunca vahid komanda şəklində işləyərkən fenomenal nəticələrə nail oluruq. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Bu sinerjilərin təsiri fərdi surətdə qoyulan istənilən töhfədən dəfələrlə böyükdür. Əməkdaşlıq sağlam iş mühiti yaradır və daha yüksək səmərəliliyə gətirib çıxarır. O, problemlərin həllini sürətləndirir və innovasiyaya yol açır. Etimad və hörmət əməkdaşlıqla bəslənir.